"Bayern" klubu İsmayıl Saybarini "PSV Eyndhoven"dən transfer edib.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi bu transfer üçün Niderland klubuna 55 milyon avro ödəyəcək.

​25 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq 5 mövsümlük müqaviləyə imza atıb.

Mərakeşli futbolçu yeni komandasında 34 nömrəli formada çıxış edəcək.