"Bayern Münhen" klubunda Maykl Olis ilə bağlı vəziyyət getdikcə daha təhlükəli hal alır.

Offsideplus.az xəbər verir ki, fransalı vingerin ətrafındakı şəxslərdən sızan məlumatlar Münxen təmsilçisində ciddi narahatlığa səbəb olub.

​Bildirilir ki, Olis "Bavariya" ilə Bundesliqanı hər zaman qazana biləcəyini və artıq bunu bacardığını düşünür. Futbolçu eyni zamanda Almaniya Kubokunu (DFB Pokal) da aktivinə yazdırıb. Lakin ulduz futbolçunun fikrincə, "Bavariya" ilə Çempionlar Liqasını qazanmaq daha çətindir.

​24 yaşlı oyunçu karyerasında yeni bir səhifə açmaq niyyətindədir və onun ən böyük xəyalı İspaniya nəhəngi "Real Madrid"də çıxış etməkdir. Maykl Olis xaraktercə az danışan futbolçu olduğundan bu şayiələrin nə dərəcədə doğru olduğunu kəsdirmək çətindir, lakin bu məlumatları yayanların ona çox yaxın şəxslər olduğu vurğulanır.

​"Bavariya" rəhbərliyi yaxşı anlayır ki, motivasiyasını itirmiş və klubda xoşbəxt olmayan futbolçulardan maksimum səmərə almaq qeyri-mümkündür. Klub rəsmiləri oyunçunu komandada saxlamağa çalışsa da, insayderlər Olisin yaxın gələcəkdə "Bavariya" ilə yeni müqavilə imzalayacağını real hesab etmirlər. Bu vəziyyət transfer pəncərəsində "Real Madrid"in hərəkətə keçmə ehtimalını xeyli artırır.