"Şəfa" növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbət verir ki, Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Draqu son olaraq "Unirya" klubunda çıxış edib.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Vitorul", "Botoşani" və "Universitatya" kimi komandaların formasını geyinib.