Gürcüstanda Super Kubok üzrə final matçı keçirilib.
Offsideplus.az xəbər verir ki, "İberiya" - "Torpedo" qarşılaşmasının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb və qalib penaltilər seriyasında müəyyənləşib. Rəqibi 6:5 hesabı ilə üstələyən Kutaisi təmsilçisi titula yiyələnib.
Qeyd edək ki, "Torpedo" iyulun 8-də "Zirə" ilə Konfrans Liqasının I təsnifat mərhələsi oyununa çıxacaq.


