FIBA EuroBasket 2029-un ilkin təsnifat mərhələsində Azərbaycan millisi bu gün Lüksemburqla qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, səfər oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Görüş yığmamızın 76:74 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Kamran Məmmədov 19 xal, 2 ribaund, 3 assistə imza atıb.
2 iyul
FIBA EuroBasket 2029-un ilkin təsnifat mərhələsi
Lüksemburq - Azərbaycan 74:76 (18:22, 24:17, 13:18, 19:19)
"Centre National Sportif et Culturel d’Coque"


