Türkiyə millisinin ulduzu depressiyaya düşüb.
Offsideplus.az xəbər verir ki, tanınmış idman jurnalisti Mehmet Arslan Türkiyə milli komandasının və İtaliyanın "İnter" klubunun ulduz futbolçusu Hakan Çalhanoğlu ilə bağlı gündəm yaradacaq iddia irəli sürüb.
Arslanın sözlərinə görə, təcrübəli yarımmüdafiəçi hazırda heç kimlə ünsiyyət qurmur və tamamilə özünə qapanıb.
Mənbə bildirir ki, Avropa Çempionatındakı gərgin oyunlar və son dövrlərdə haqqında çıxan transfer şayiələrindən sonra Çalhanoğlu xarici dünya ilə əlaqələrini minimuma endirib. Yaxın ətrafı və media mənsublarının onunla əlaqə saxlamaq cəhdləri cavabsız qalıb.
Jurnalist Mehmet Arslan ulduz futbolçunun bu vəziyyətini belə ifadə edib: "Hakan Çalhanoğlu hazırda kimsəylə ünsiyyətə keçmir. Özünü tamamilə xarici dünyaya qapadıb."
Futbolçunun psixoloji olaraq dincəlmək üçün belə bir addım atdığı, yoxsa gələcəyi ilə bağlı mühüm qərarlar ərəfəsində səssizliyə çəkildiyi hələlik bəlli deyil.



