İtaliya milli komandasının üzvü Sandro Tonalinin yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, futbolçu karyerasını "Tottenhem"də davam etdirəcək. 26 yaşlı yarımmüdafiəçi İngiltərə klubu ilə müqavilə bağlamaq üçün bu gün ailəsi ilə birlikdə Londona yollanıb. Futbolçu tibbi müayinədən keçdikdən sonra sözləşmə imzalanacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Tonalinin son klubu "Nyukasl"dır.


