"Real Madrid" klubunda bu yay ayrılıq yaşana bilər.

Offsideplus.az xəbər verir ki, "Real Madrid" və "Mançester Siti" klubları yarımmüdafiəçi Eduardo Kamavinqanın transferi ilə bağlı pərdəarxası birbaşa danışıqlara başlayıb.  

​"Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyonun heyətdə ciddi dəyişikliklər etmək niyyətində olduğu və fransız futbolçunun son mövsümlərdəki çıxışından tam razı qalmadığı bildirilir. Portuqaliyalı mütəxəssis heyəti öz taktiki planlarına uyğun yenidən qurmaq və müdafiə xəttini gücləndirmək məqsədilə 23 yaşlı yarımmüdafiəçinin satılmasına yaşıl işıq yandırıb. Madrid təmsilçisi bu satışdan gələcək gəlirlə Mourinyonun digər transfer istəklərini maliyyələşdirməyi planlaşdırır.

​Digər tərəfdən, Enso Mareskanın rəhbərliyi altında yarımmüdafiə xəttini yenidən formalaşdıran "Mançester Siti" üçün bu təklif göydəndüşmə olub. Bernardo Silvanın azad agent kimi məhz "Real Madrid"ə keçməsindən sonra "şəhərlilər" mərkəzdə dinamikliyi qoruyacaq yüksək səviyyəli oyunçu axtarışındadırlar. İki nəhəng klub arasındakı təmasların son saatlarda daha da intensivləşdiyi vurğulanır.