İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klub "Elçe"nin 2004-cü il təvəllüdlü uruqvaylı mərkəz hücumçusu Alvaro Rodriqezin transferi barədə rəsmi razılıq əldə edib.
Bu keçid üçün "Bornmut" İspaniya klubuna 25 milyon avro zəmanətli transfer haqqı ödəyəcək. Müqavilədə, həmçinin futbolçunun performansından asılı olaraq veriləcək daha 5 milyon avro bonus da nəzərdə tutulub.
Alvaro Rodriqezin transferi keçmiş klubu "Real Madrid"in də büdcəsini zənginləşdirəcək. Madrid nəhəngi, uruqvaylı hücumçunu daha əvvəl satarkən müqaviləyə növbəti satışdan pay bəndini əlavə etmişdi. Bu səbəbdən "Real Madrid" baş tutan transferin gəlirindən düz 12.5 milyon avronu öz hesabına köçürəcək.


