Meksika millisinin Çexiya üzərindəki qələbəsini qeyd edən kütlənin arasına avtomobillə daxil olan sürücü Roberto Arelyano vəfat edib.

Offsideplus.az xəbər verir ki, ​hadisə törətdikdən dərhal sonra qəzəbli azarkeşlər tərəfindən maşından düşürülərək amansızlıqla döyülən və linç edilən Arelyano ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.

Həkimlərin səylərinə rəğmən, 6 gün reanimasiyada qalan sürücünün həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanları həm qəza, həm də linç hadisəsi ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.