"Fənərbağça" rəhbərliyi "Ülkər" stadionundakı lojaların qiymətləri ilə bağlı gözlənilməz addım atıb.
Offsideplus.az xəbər verir ki, jurnalist Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, klub rəhbərliyi lojaların dəyərini müstəqil audit şirkətinə yenidən hesabladıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi lojalar real bazar dəyərindən xeyli aşağı qiymətə satılıb. Bu fərqi aradan qaldırmaq istəyən "Fənərbağça" rəhbərliyi hərəkətə keçərək, lojaları ucuz alan şəxslərdən yaranmış qiymət fərqini kompensasiya etmələrini və əlavə ödəniş etmələrini tələb edib. Bu qərarın loja sahibləri tərəfindən necə qarşılanacağı və tərəflər arasında hüquqi problemin yaranıb-yaranmayacağı maraq doğurur.


