UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) qarşılaşmasının biletləri sabahdan etibarən satışda olacaq.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun bilet qiymətləri növlərinə görə aşağıdakı kimi müəyyənləşib:
Standart biletlər: 5, 10, 15 və 20 manat
VİP sektorlar: 50, 75 və 100 manat
VVİP sektorlar: 150 manat
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür. Alış zamanı problem yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və stadionun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, iyulun 9-da keçiriləcək görüş saat 20:00-da başlayacaq.


