Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Lüksemburq yığması üzərində qazanılan qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, ​baş məşqçi oyunun gərginliyini və qarşıdakı hədəfləri bu sözlərlə ifadə edib:

"Oyunun olduqca çətin keçəcəyini əvvəlcədən bilirdik. Lüksemburq səfəri bizim üçün qrupda çox vacib bir sınaq idi. Basketbolçularımız meydanda sona qədər döyüşdülər, əla mübarizə apardılar və nəticədə bu çox çətin qələbəni qazandıq. Bütün komandanı təbrik edirəm. Lakin arxayınlaşmağa vaxtımız yoxdur. Düşünürəm ki, artıq indidən bütün diqqətimizi İrlandiya seçməsi ilə baş tutacaq qrupun sonuncu oyununa yönəltməliyik. Doğma azarkeşlər önündə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".