"Qalatasaray" klubu heyətinə dünya ulduzunu qatmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, Türkiyə Superliqasında növbəti çempionluq hədəfləyən "Qalatasaray" transfer bazarını alt-üst edəcək bir gedişə imza atıb. "Sarı-qırmızılılar" "Arsenal"ın ulduz yarımmüdafiəçisi Martin Edeqorla şəxsi şərtlərdə tam razılığa gəliblər.
Məlumata görə, norveçli futbolçunun agenti Byörn Tore Kvarme ötən həftə İstanbulda olub və aparılan danışıqlardan sonra oyunçu tərəfindən heç bir maneə qalmayıb.
İndi isə bütün diqqətlər klublararası danışıqlara yönəlib. "Qalatasaray" rəhbərliyinin "Arsenal" ilə transfer qiyməti 40 milyon avrodan az olacaq bir razılaşma üzərində fokuslanacağı gözlənilir. Əgər London klubu ilə də ortaq məxrəcə gəlinərsə, bu keçid Türkiyə futbol tarixinin ən səs-küylü transferlərindən biri olacaq.



