Tofiq Musayev avqustun əvvəlində Serbiada keçiriləcək döyüşə hazırlığı və Bakıda baş tutan UFC Fight Night barədə danışıb.

36 yaşlı döyüşçü Offsideplus.az-a açıqlamasında əvvəlcə hazırlıq prosesinin plan üzrə getdiyini bildirib:

“Hazırlıq, şükür Allaha, yaxşı gedir. Səhər-axşam məşqlərimiz davam edir. İnşallah, əziyyətimiz yerdə qalmaz".

O, UFC Fight Night Baku tədbirində iştirak edən azərbaycanlıların çıxışını dəyərləndirib: 

"Bakıda keçirilən UFC-də çıxış edən hər bir idmançını — istər qalib olsun, istərsə də məğlub — hər birini bu böyük arenada Azərbaycanı təmsil etdiyi üçün təbrik edirəm. Onlara can sağlığı və gələcək karyeralarında yeni qələbələr arzu edirəm”. 

Qeyd edək ki, Tofiq Musayev avqustun 1-i Serbiyada keçiriləcək UFC Döyüş Gecəsində Lüdovit Kleyn ilə üz-üzə gələcək. T.Musayev son UFC döyüşündə İqnasio Bahamondesə qalib gəlmişdi.