"Qarabağ"dan ayrılan Kevin Medina karyerasını Malayziyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, o, "Johor Darul Tazim" klubuna transfer olub.
Bu barədə klubun rəsmi sosial media hesabından məlumat yayılıb.
Medina yeni klubunda "Qarabağ"da olduğu kimi 81 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2020-ci ildən "Qarabağ"da çıxış edirdi. O, Ağdam təmsilçisinin heyətində 204 çıxıb oyuna çıxıb və 4 dəfə Azərbaycan çempionu olub.


