Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu baş məşqçi postu ilə bağlı gözlənilən rəsmi qərarını verib.
Offsideplus.az xəbər verir ki, Riad təmsilçisi təcrübəli mütəxəssis Anje Postekoqlu ilə rəsmən müqavilə imzaladığını elan edib.
Klubdan verilən rəsmi açıqlamaya görə, avstraliyalı baş məşqçi ilə 2 mövsümlük sözləşmə imzalanıb.
Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr" rəhbərliyi Postekoqlunun rəhbərliyi altında həm daxili çempionatda, həm də Asiya Çempionlar Liqasında böyük uğurlar qazanmağı hədəfləyir.
Təcrübəli mütəxəssisin yaxın günlərdə komanda ilə ilk məşqinə çıxacağı gözlənilir.


