UFC-nin yarımorta çəkidə çempionu İslam Maxaçevə "Əməkdar idman ustası" adı verilib.

Offsideplus.az xəbər verir ki, bununla bağlı əmri Rusiya Federasiyasının idman naziri Mixail Degtyaryov imzalayıb.

Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov məsələ ilə bağlı bu fikirləri səsləndirib:

"İslam görkəmli idmançıdır, döyüş sambosu üzrə dünya çempionudur və sevimli döyüş növümüzün beynəlxalq arenada populyarlaşmasına misilsiz töhfələr verir. UFC platformasında çıxış edərək eyni vaxtda iki çəki dərəcəsində çempion olub və çəki dərəcəsindən asılı olmayaraq (P4P) planetin ən yaxşı döyüşçülərinin reytinqinə inamla başçılıq edir. Milyonlarla beynəlxalq auditoriya qarşısında o, həmişə qürurla döyüş sambosunun onun doğma növü olduğunu bildirir və idman növümüzün nə qədər güclü və effektiv olduğunu əməli olaraq nümayiş etdirir".

Qeyd edək ki, İslam Maxaçov sambo üzrə ikiqat Rusiya və dünya çempionudur. O, avqustun 16-da Filadelfiyada keçiriləcək "UFC 330" turnirində yarımorta çəkidə UFC çempionluq kəmərini İan Qerriyə qarşı döyüşdə qorumağa çalışacaq.