"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasında mübarizəyə bu gün başlayır.

Offsideplus.az xəbər verir ki, komandamız əsas mərhələnin A qrupunda Macarıstan və Slovakiya yığmaları ilə qüvvəsini sınayacaq.

Paytaxt təmsilçisi Bakı vaxtı ilə saat 19:30-da Macarıstan, 21:35-də isə Slovakiya seçməsi ilə qarşılaşacaq.