Azərbaycanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının ("CEV EuroVolley Women 2026") kubokunun təqdimat mərasimi keçiriləcək.
Offsideplus.az xəbər verir ki, iyulun 7-si saat 12:00-da GİN-in Voleybol Mərkəzində mətbuat konfransı təşkil olunacaq. Tədbirdə çempionatın kuboku və rəsmi maskotu ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, Bakı C qrupunun oyunlarına ev sahibliyi edəcək. Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmalarının mübarizə aparacağı qarşılaşmalar 21-28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.


