"Boston"un keçmiş basketbolçusu Ceylen Braun "Filadelfiya"ya göndərilməsinin səbəbini ona bildirməyən keçmiş klubundan narazılığını ifadə edib.
Offsideplus.az xəbər verir ki, basketbolçu rəhbərliyin bu addımını hörmətsizlik kimi qiymətləndirib:
"Bred Stivensin çox tənqid olunduğunu bilirəm, lakin mən sadəcə daha geniş izahat istərdim. Kaş ki, mənə hörmət nümayiş etdirib məsələnin tam olaraq nədən ibarət olduğunu desəydilər. Belə olsaydı, vəziyyəti anlayışla qarşılayar və buna hörmətlə yanaşardım. Amma bu, baş vermədi.
Ən çox məyusluq yaradan məqam da məhz bu oldu. Çünki qurulmasında payım olan, inkişafına kömək etdiyim bir yerdə hörmət qazandığımı düşünürdüm. Lakin reallıq fərqli imiş".


