2026/27 mövsümü öncəsi heyətini gücləndirməyə davam edən "Qarabağ" daha bir transferi rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi məlumatına görə, Macarıstanın "Zalaeqerseq" klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və Bense Varkonyinin keçidi rəsmiləşib.

24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Varkonyi 2024-cü ildən "Zalaeqerseq" klubunun uğurları üçün çalışırdı.

Ağdam təmsilçisi bu yay transfer pəncərəsində daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefası da heyətinə qatıb.