Futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Sabah" – TNS (Uels) matçının bilet satışı davam edir.

Offsideplus.az xəbər verir ki, Masazırdakı 8700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma üçün indiyədək 3000 bilet satılıb.

Qeyd edək ki, "Sabah" – TNS matçı iyulun 7-də sözügedən arenada baş tutacaq və saat 20:00-da start götürəcək.