Yulian Nagelsmann Almaniya millisindən ayrılıb.
Offsideplus.az xəbər verir ki, Almaniya Futbol İttifaqı (DFB) yığmanın baş məşqçisi postunu tutan 38 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyini elan edib.
DFB həmçinin rəsmi olaraq bildirib ki, bu vəzifəni icra etməyə hazır olduğunu artıq bəyan edən Yurgen Kloppla danışıqlara başlayacaq.
Qeyd edək ki, Nagelsmann 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edirdi. Onun baş məşqçiliyi altında komanda Avro-2024-də 1/4 finala yüksəlmiş, DÇ-2026-da isə 1/16 finalda Paraqvaya məğlub olaraq turnirlə vidalaşmışdı.


