"Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası təşkil olunub.

Offsideplus.az xəbər verir ki, toplantıda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib.

Bununla yanaşı, Umud Tarverdiyev və Fərman Əlizadə də klubun İdarə Heyətinə yeni üzvlər olaraq təyin ediliblər.