“Qarabağ”ın futbolçusu Kamilo Duran bu yay komandanı tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, 56 qat Şotlandiya çempionu “Seltik” onu transfer etmək istəyir. 

“Ağ-yaşıllar” bunun üçün “Qarabağ”a 2 milyon avro (təxminən 4 milyon manat) da təklif edib. Lakin Qurban Qurbanov və klub rəhbərliyi bu keçidə isti yanaşmayıb. 

Qeyd edək ki, "Transfermarkt" portalına görə, kolumbiyalı futbolçunun 2 milyon avro bazar dəyəri var. O, ötən mövsüm komandaya qoşulanda bu rəqəm 275 min idi.