"Uimbldon" tennis turnirinin 5-ci günündə Novak Cokoviç növbəti tarixi rekorda imza ata bilər.

Offsideplus.az xəbər verir ki, turnirin 7 qat çempionu olan 39 yaşlı serbiyalı tennisçi üçüncü mərhələdə fransalı Artur Rinderknek ilə qarşılaşacaq.

Cokoviç bu matçda qələbə qazanacağı təqdirdə, Rocer Federerə məxsus olan turnirdə 105-ci fərdi qələbə rekordunu yeniləyəcək. 

Novakın əsas hədəfi Federerin 8 Uimbldon çempionluğu rekorduna şərik olmaq və ümumilikdə 25-ci "Böyük Dəbilqə" (Grand Slam) titulunu qazanaraq tarixə keçməkdir.

Qeyd edək ki, Uimbldonun son çempionu Yannik Sinner və qadınların reytinq lideri Arina Sabalenka da bu gün növbəti oyunlarına çıxacaqlar.