İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Arsenal" klubu transfer bazarında böyük səs-küy salacaq bir addım atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi İspaniyanın "Altetik Bilbao" komandasında çıxış edən ulduz futbolçu Niko Uilyamsı heyətinə qatmaq üçün hərəkətə keçib.

​Verilən son məlumatlara görə, "Arsenal" rəhbərliyi 23 yaşlı istedadlı vingerin müqaviləsində yer alan 90 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə tam razıdır. İspaniya millisinin də aparıcı üzvlərindən olan Uilyamsın bu təklifə necə cavab verəcəyi və transferin rəsmiləşib-rəsmiləşməyəcəyi yaxın günlərdə bəlli olacaq.