Uimbldonda 7 qat çempion Novak Cokoviç 3-cü turda fransalı Artur Rinderkneşi 3-1 (7-5, 6-4, 1-6, 7-6) hesabı ilə məğlub edərək turnirdə 105-ci qələbəsini qazanıb və Rocer Federerə məxsus rekordu təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, o, daha bir qələbə qazanarsa, turnir tarixində ən çox qələbə qazanan tennisçi olacaq.

Serbiyalı rekord barədə bunları söyləyib:

"Bu idman növünün tarixinə düşmək böyük şərəfdir. Bu gün həmişəkindən daha çox gərgin idim. Rekord (106-cı qələbə) üçün Rocerlə mənim aramda bir oyun təşkil etməyi təklif edirəm, gəlin burda dayanaq və Roceri çağıraq ki, gəlsin".