"Turan Tovuz" heyətinə yeni qapıçı cəlb edib.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi Aleksey Kenyaykin ilə anlaşıb.

Rusiyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb. 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva), "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.