Formula 1 üzrə Britaniya Qran-Prisində sıralama turu baş tutub.
Offsideplus.az xəbər verir ki, "Mersedes" pilotu Kimi Antonelli sabah baş tutacaq yarışa ilk yerdən start verəcək. O, bu gün karyerasında ilk Sprint yarışının da qalibi olmuşdu. Kiminin komanda yoldaşı Corc Rassel dördüncü ən sürətli pilot olub.
İkinci və üçüncü yeri müvafiq olaraq "Ferrari"dən Şarl Lekler və Lüis Həmilton tutub.
Qeyd edək ki, əsas yarış sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


