Haiti futbol yığması Azərbaycanda tarixi hadisəni qeyd edəcək.

Offsideplus.az xəbər verir ki, komanda 100 illik yubiley münasibətilə okeanın o tayından ölkəmizə gəlib.

Məlumatı Haiti Futbol Federasiyası yayıb. Xəbərdə bildirilir ki, Azərbaycanla martın 22-də keçiriləcək yoldaşlıq görüşü məhz yubileyə görə vacib xarakter daşıyır. Haitililər milli komanda səviyyəsində ilk oyununu 25 mart 1925-ci ildə evdə Yamaykaya qarşı keçiriblər.

Martın 17-dən Bakıda məskən salan Haiti yığması hazırlığını bu gün yekunlaşdıracaq. Son məşq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Heyətə 24 futbolçu çağırılsa da, düşərgədə 20 oyunçu var.

Azərbaycan - Haiti görüşü martın 22-də saat 21:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.

Onu da əlavə edək ki, Haiti yığması çox az-az yoldaşlıq matçında qüvvəsini sınayır. Onlar axırıncı dəfə belə bir oyunda ilyarım əvvəl mübarizə aparıblar. 

BU DA MARAQLIDIR:

Fernandu Santuşdan bayram təbriki - VİDEO