"İnter Mayami" DÇ-2026-dakı təsirli çıxışı ilə diqqət çəkən Kabo-Verde millisinin qapıçısı Vozinyanı heyətinə qatmaqda maraqlıdır.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı qolkiper bir neçə parlaq oyunu, xüsusilə də Argentina yığmasına qarşı göstərdiyi performansla Devid Bekhemin və klub rəhbərliyinin diqqətini cəlb edib.

Vozinyanın iyunun 30-da "Şaves" klubu ilə müqaviləsinin başa çatması və hazırda azad agent statusu daşıması MLS təmsilçisinin bu transferi reallaşdırmasını daha da asanlaşdırır.