"F1-Insider" nəşri Maks Ferstappenin "Red Bull"dan "Maklaren"ə ehtimal olunan keçidinin təfərrüatlarını paylaşıb.

Offsideplus.az xəbər verir ki, daha əvvəl "PlanetF1" insaydın danışıqların yekun mərhələdə olduğunu xəbər vermişdi.

Almaniya portalının məlumatına görə, pul "Maklaren" üçün problem yaratmayacaq. Güclü sponsor dəstəyi və Bəhreyndən olan majoritar səhmdarlar sayəsində Uokinq təmsilçisi Ferstappenə çoxmilyonluq maaşı "asanlıqla" təmin edəcək.

Jurnalistlər Maksın "Red Bull"dan mümkün gedişinin səbəblərinə də toxunublar. Niderlandlı pilot komandanın top-kollektivlər arasında qalmaq gücünə şübhə edir və komandadakı əsas fiqurların itirilməsindən narahatdır.