2026/27 voleybol mövsümündə Azərbaycanı avrokuboklarda dörd klub təmsil edəcək.

Offsideplus.az xəbər verir ki, qadınlar və kişilər arasında Yüksək Liqanın son çempionları – müvafiq olaraq “Turan” və “Xilasedici” Çempionlar Liqasında mübarizə aparacaqlar.

Gümüş mükafatçılar – “DH Volley” və “Ordu” isə ölkəmizi Çağırış Kubokunda (Challenge Cup) təmsil edəcəklər.

Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də baş tutacaq.