“Zirə” bu gün avrokuboklarda ilk sınağına çıxacaq.
“Qartallar” əsas mərhələdə oynamaq sevinci yaşamasalar da, onları beynəlxalq arenada müəyyən qədər təcrübəli komanda hesab etmək olar. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv son 4 ildə 3 dəfə avrokuboklara vəsiqə qazanmağı bacarıb.
Xatırladaq ki, qəsəbə təmsilçisi 2022/23 mövsümündə mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən start vermiş və İsrailin “Makkabi" (Tel-Əviv) klubu ilə oyunların birində heç-heçə edərək ölkə reytinqinə xal qandırmışdı (0:3, 0:0).
2024/25 mövsümünd isə onlar pley-off mərhələsinə qədər irəliləmişdi. Həmin vaxt daxili və xarici sınaqlarda etibarlı təsir bağışlayan "Zirə" Slovakiyanın DAC 1904 və Xorvatiya "Osiyek" klublarını sıradan çıxarmışdı. Pley-offda Valdas Dambrauskasın “Omoniya”sına ilk matçda uduzan (0:6) komandamız cavab qarşılaşmasında təsəlli qələbəsi qazanmışdı (1:0).
Ötən mövsüm isə “Hayduk”la başabaş mübarizə apardı, lakin növbəti mərhələyə adlaya bilmədi - 1:1, 1:2.
Bu dəfə isə Rəşad Sadıqovun yetirmələrinin rəqibi “Torpedo”dur. Mütəxəssislər bu cütlükdə şansları bərabər (50/50) qiymətləndirirlər. Qeyd edək ki, qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


