Belçika millisinin baş məşqçisi Rudi Qarsiya DÇ-2026-nın 1/8 finalında turnirin ev sahiblərindən olan ABŞ-ni 4:1 hesabı ilə darmadağın etdikləri matçdan sonra rəqib komandanın hücumçusu Folarin Baloqun ətrafında yaranan qalmaqala toxunub.
Offsideplus.az xəbər verir ki, o, FİFA-nın qərarı ilə qırmızı vərəqə cəzası ləğv edilən və oyuna ilk 11-likdə başlayan Baloqunun meydana çıxmasının Belçikanın planlarına təsir etmədiyini bildirib.
Təcrübəli mütəxəssis qurulan taktiki plan sayəsində 25 yaşlı hücumçunu tamamilə zərərsizləşdirdiklərini və matçdan sonra futbolçunun ona yaxınlaşaraq nümayiş etdirdiyi jesti yüksək qiymətləndirdiyini qeyd edib:
"Matçdan sonra gəlib mənimlə danışdı, bu, çox xoşuma gəldi. Baş verənlərdə onun heç bir təqsiri yoxdur, onu günahlandırmaq olmaz. Bu addımına görə ona təşəkkür edirəm. Natan Ngoy və Brandon Meşeledən ibarət mərkəz müdafiəmizin rəqib hücumlarının qarşısını alacağına şübhəm yox idi.
Meydanın yuxarı hissəsində oynamaq istəyirdik, vurduğumuz ilk və üçüncü qolları da məhz pressinq sayəsində topu qazanaraq rəsmiləşdirdik. Ustalıqla, istəkli və fədakar oynadıq. Bizim üçün möhtəşəm bir gecədir".


