Novak Cokoviç "Uimbldon"un 1/4 finalında Feliks Oje-Alyassimi 5 saat 15 dəqiqə davam edən matçda məğlub edərək yarımfinala yüksəlib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı serbiyalı tennisçi turnir tarixinin ən uzun 1/4 final matçında baldırından aldığı zədəyə və isti havaya baxmayaraq, ağrılara dözərək 7:6, 3:6, 6:3, 6:7, 7:6 hesablı dramatik qələbə qazanıb.
Titulun son sahibi və dünya reytinqinin bir nömrəsi Yannik Sinnerlə qarşılaşacaq Cokoviç oyundan sonra bunları deyib:
"Bu, mənim üçün növbəti bir yarımfinaldır. Karyeramı bitirəndə rəqəmlərə və qazanılan uğurlara baxacağam. Hazırda isə tam olaraq işimə köklənmişəm. İlk növbədə bərpa olunmalıyam. Turnirdə mübarizəni davam etdirirəm və bir neçə gündən sonra dünyanın ən yaxşı tennisçisinə qarşı oynayacağam".


