Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən matçda (3:2) 83-cü dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb.

Offsideplus.az xəbər verir ki, bu qolla 39 yaşlı futbolçunun 30 yaşından sonra dünya çempionatlarında vurduğu qolların sayı 16-ya yüksəlib. Messi DÇ-2018-də 1, DÇ-2022-də 7 qol vurduğu halda, cari turnirdə artıq 8 dəfə rəqib qapılarına yol tapıb və bu qolların hamısını oyundan vurub.

Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldunun isə 30 yaşından sonra dünya çempionatlarında vurduğu qolların sayı 8-dir. DÇ-2026-da mübarizəni 1/8 finalda dayandıran "Əl-Nəsr"in forvardı bu turnirdə 3 qol (Özbəkistana dubl, Xorvatiyaya 1 qol) vurub. O, DÇ-2018-də 4, DÇ-2022-də isə 1 qolla yadda qalmışdı.

Qeyd edək ki, uzun illər dünyanın ən yaxşısı olmaq uğrunda rəqabət aparan əfsanələrdən Messinin aktivində 8, Ronaldunun isə 5 "Qızıl top" mükafatı var.