"Mançester Yunayted"in sabiq futbolçusu Andrey Kançelskis Kriştianu Ronalduya ünvanlanan tənqidlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, heyətində "Əl-Nəsr"in forvardının da yer aldığı Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya uduzaraq (0:1) turnirlə vidalaşıb.
"Gənclərimiz üçün nümunələr var, onlar Messi və Ronalduya baxıb öyrənməlidirlər. Ronaldunu necə tənqid etmək olar? Onun 41 yaşı var və bu dünya çempionatında üç qol vurdu. Messi isə 39 yaşında səkkiz qol vurub. Can atılmalı olan hədəf budur. Yaşlandıqca daha çox məşq etmək lazımdır.
Bizdə RPL-də (Rusiya Premyer Liqası) hücumçular bütöv çempionat boyu səkkiz qol vururlar, sonra da nə qədər böyük futbolçu olduqlarından danışmağa başlayırlar... Uşaqlar, Leo burada yalnız bir dünya çempionatında bu qədər qol vurub".


