UFC rəsmi olaraq Umar Nurmaqomedov və Sun Yadun arasındakı döyüşü elan edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma avqustun 29-da Şanxayda baş tutacaq və "UFC Fight Night 286" turnirinin mərkəzi döyüşü olacaq.

Qeyd edək ki, Nurmaqomedov UFC-nin yüngül çəki (bantamweight) reytinqində üçüncü pillədə qərarlaşıb.

Onun aktivində 20 qələbə və bir məğlubiyyət var. Yadun isə reytinqdə beşincidir - onun hesabında 23 qələbə, doqquz məğlubiyyət və bir heç-heçə mövcuddur.