Misli Premyer Liqası klubu "İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, F. Nəbiyev karyerası ərzində Çexiyanın "Slaviya" (Praqa), "Viktoriya" (Jijkov), həmçinin ölkəmizdə "Turan Tovuz" və "Səbail" kimi klublarda çıxış edib. Yarımmüdafiəçinin son komandası isə "Kəpəz" olub.