"Fulhem" Alvaro Arbeloanın baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in sabiq məşqçisi London klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

ispaniyalı mütəxəssis təyinatı ilə bağlı xoş təəssüratlarını bölüşüb:

"Londonun ən köklü futbol klubu olan "Fulhem"də karyeramın yeni mərhələsinə başlamaq mənim üçün böyük şərəfdir. Üzərimdə böyük məsuliyyət hiss edirəm. Məni Premyer Liqada komandanın sükanı arxasına gətirdikləri və göstərdikləri etimada görə cənab Hana və Toni Hana səmimi qəlbdən təşəkkür edirəm. "Kreyven Kottec" stadionunun ab-havasını azarkeşlərimizlə birlikdə hiss etməyi və növbəti həftədən etibarən komanda ilə mövsümöncesi hazırlıqlara başlamağı səbirsizliklə gözləyirəm".