Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Offsideplus.az xəbər verir ki, AFFA-nın sosial şəbəkə hesabında 70 yaşlı mütəxəssis dilimizdə "Novruz bayramınız mübarək" cümləsini söyləyib. 

Qeyd edək ki, yığmamız martın 22-də Haiti, 25-də Belarus milli komandalarına qarşı yoldaşlıq oyunu keçiricək.

Videonu təqdim edirik: