"Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç FIBA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma nəticələrini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, serbiyalı mütəxəssis rəqiblərin olduqca güclü olduğunu bildirib:

“Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm, bu dəfə bəxtimiz gətirmədi. "Trabzonspor" böyük büdcəyə malik, turnirin ən güclü və sürpriz komandalarından biridir. "Nanter" Fransa çempionatını ilk üçlükdə başa vurmuş ciddi rəqibdir. “Ritas” isə ötən mövsümün çempionudur.

Bütün bunlara baxmayaraq, təslim olmaq fikrində deyilik. Bəli, kağız üzərində qrupun autsayderi hesab oluna bilərik, amma hər oyunda əlimizdən gələni edərək sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, yaxşı nəticələr göstərə biləcəyik”.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına oktyabrın 6-da start veriləcək.