İsveçrə millisinin baş məşqçisi Murat Yakın dünya çempionatının 1/4 finalında Argentinaya qarşı keçirəcəkləri oyun barədə gözləntilərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, komandalar iyulun 12-də DÇ-2026-nın 1/4 final mərhələsində qarşı-qarşıya gələcəklər.
Mütəxəssis son dünya çempionuna qarşı keçiriləcək oyunun çətinliyindən və rəqibin gücündən danışıb:
"Son çempionla qarşılaşacağıq. Bu, unikal bir şansdır, lakin Argentina da məğlubedilməz deyil. Sözsüz ki, onları üstələməyə çalışacağıq. Cənubi Amerika komandalarının mentalitetinə bələdik, onlar üçün hər bir qarşılaşma böyük əhəmiyyət kəsb edir".


