İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-nın 1/8 finalında Kolumbiyanı penaltilər seriyasında (4:3) məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis qələbənin dözümlülük və düzgün əvəzetmələr sayəsində qazanıldığını bildirib:
"Başlanğıcda çətin idi, lakin biz oyundan qopmadıq və böyük xarakter nümayiş etdirdik. Doğru zamanda doğru futbolçuları meydana buraxdım. Çox səbirli olmalı idik, lakin bu gün yüksək səviyyəli performans sərgilədik. Bu, inanılmaz bir qələbədir, futbolçularımla fəxr edirəm".
Qeyd edək ki, əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan matçın qəhrəmanı Davinson Sançesin zərbəsi zamanı tir köməyinə çatan və Kuxo Ernandesin penaltisini dəf edən qapıçı Qreqor Kobel olub. Sonradan meydana daxil olan Ruben Varqas isə həlledici penaltini dəqiq yerinə yetirərək İsveçrəni 1954-cü ildən bəri ilk dəfə dünya çempionatının 1/4 finalına daşıyıb.


