Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso DÇ-2026-nın 1/8 finalında İsveçrəyə penaltilər seriyasında (3:4) uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis cəmi 3 dəqiqə çəkən mətbuat konfransında gərgin, taktiki və bərabərsəviyyəli keçən matçda qol vura bilməməyin bədəlini ödədiklərini bildirib:
"Şübhəsiz ki, bu gün çatışmayan yeganə şey qol idi. Matçın çox qapalı, taktiki və bərabərhüquqlu mübarizə şəraitində keçəcəyini bilirdik. Buna baxmayaraq, ilk 90 dəqiqədə göstərdiyimiz istək və yaratdığımız qol epizodlarına görə daha çoxuna layiq idik".
Təcrübəli baş məşqçi oyunun sonlarına doğru hər iki komandanın yorulduğunu və bu səbəbdən tempin aşağı düşdüyünü də sözlərinə əlavə edib.


