"Barselona" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubları portuqaliyalı müdafiəçi Joau Kanselonun keçidi barədə prinsipial razılıq əldə ediblər.

Offsideplus.az xəbər verir ki, razılaşmaya əsasən, 32 yaşlı sağ cinah müdafiəçisi daha 2 il Kataloniya klubunun heyətində çıxış edəcək. Keçidin maliyyə xərclərinin ümumilikdə təxminən 10 milyon avro civarında olduğu bildirilir.

Hazırda transferin tam rəsmiləşməsi üçün yalnız son detalların dəqiqləşdirilməsi və tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir.