Misir millisinin baş məşqçisi Hossam Hassan DÇ-2026-nın 1/8 finalında Argentinaya uduzduqları matçdan sonra qarşılaşmanın baş hakimi Fransua Leteksye və referilərin qərarlarını kəskin tənqid edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis matçın nəticəsinə kənar amillərin təsir etdiyini bildirib:

"Bu gün Argentinadan daha yaxşı oynadıq, lakin futbol ədalətsizdir. Hakim heç bir ciddi səbəb olmadan qolumuzu ləğv etdi. Hesab 3:1 ola bilərdi, amma sonradan rəqib tarazlığı bərpa etdi. Burada kommersiya maraqları dövriyyəyə girə bilər: "Messinin turnirdən kənar qalmasını istəmirik, dünya çempionunun yarışda davam etməsini istəyirik".

Biz dünya çempionuna qarşı oynadıq və heç şübhəsiz ki, onlar marketinq dəstəyindən yararlandılar. Meydanda əlimizdən gələni etdik, lakin taleyimizi başqa amillər həll etdi. Bu məğlubiyyət ədalətsizdir. Futbolda elə kənar faktorlar var ki, bütün texniki tərəfləri heçə endirir. İlk turda Belçika ilə matçda da ədalətsiz qərarlarla üzləşmişdik, bu gün də növbəti ölümcül səhvlərin qurbanı olduq. Amma azarkeşlərimizə deyirəm: "qürur duyun, sizin heç bir rəqibdən qorxmayan milliniz var".

Qeyd edək ki, qarşılaşmanın 58-ci dəqiqəsində misirlilərin hücumçusu Mostafa Zikonun vurduğu qol VAR-ın müdaxiləsindən sonra qayda pozuntusu səbəbindən ləğv edilib. 67-ci dəqiqədə isə Ziko hesabı 2:0 etsə də, yekunda Argentina geri dönüş edərək mərhələ adlayıb.